RU

Gecələr tez-tez ayılırsınıza bu qidalardan YEYİN

Alimlər meyvə və tərəvəz istehlakının artırılmasının yuxunun keyfiyyətinə əhəmiyyətli şəkildə müsbət təsir etdiyini müəyyən ediblər.

Bizim.Media xəbər verir ki, ABŞ-nin №University of Chicago" və "Columbia University" tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə gündə müəyyən qədər meyvə və tərəvəz qəbul edən şəxslərdə yuxunun fasiləsizliyi və dərinliyi artır, nəticədə yuxunun keyfiyyəti gecə ərzində təxminən 16 % yaxşılaşır.
 

Tədqiqat çərçivəsində sağlam gənc yetkinlər gündəlik olaraq istehlak etdikləri qidaları mobil tətbiq vasitəsilə izləyib, başqa tərəfdən isə biləklərdə taxılan monitorlarla yuxu keyfiyyəti ölçülüb.


Alimlər "yuxu kəsilməsi indeksi"ni əsas götürərək müəyyən ediblər: az meyvə-tərəvəz qəbul edənlər yuxu ərzində daha tez-tez oyana və ya yuxunun yüngül mərhələsinə keçə bilirlər.

Mütəxəssislər qeyd ediblər ki, meyvə və tərəvəzlər yalnız gün ərzində deyil, o gecə üçün də dərhal müsbət effekt göstərə bilər.
 

Onlar dietada kiçik dəyişikliklərin yuxunun keyfiyyətinə əhəmiyyətli təsir edə biləcəyini vurğulayırlar.


Yəni, gündəlik rejiminizə meyvə-tərəvəzləri əlavə etmək yalnız sağlamlıq üçün deyil, gözəl və dərin yuxu üçün də faydalıdır. (milli.az)

Bizim.Media

Избранный
38
4
bizim.media

10Источники