RU

Cerrard Rusiya klubuna yenə RƏDD CAVABI verdi

Rusiyanın "Spartak" klubu "Liverpul"un keçmiş kapitanı, son olaraq "Əl-İttifaq"ı çalışdıran Stiven Cerrarda yenidən təklif göndərib.

Paralel.az xəbər verir ki , bu barədə “Sport-Exspress” məlumat yayıb.

Cerrardın "Spartak"la bağlı mövqeyi dəyişməyib. O, kluba yenidən rədd cavabı verib.
 

Bildirilib ki, mütəxəssis beynəlxalq vəziyyətə görə Rusiyada işləmək variantlarını nəzərdən keçirmək istəmir.


Qeyd edək ki, Cerrard "Əl-İttifaq"dan bu ilin ilin yanvar ayında ayrılıb və həmin vaxtdan işsizdir.

Избранный
20
3
paralel.az

7Источники