ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Siyasətçi Armando Mema Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə sülh danışıqlarına çağırıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə X sosial media hesabında paylaşım edib.
Mema yazıb ki, Avropanın dəstəyi əbədi ola bilməz və Zelenski sülh üçün ciddi qərar verməlidir, çünki avropalılar artıq yorulub.
O, həmçinin vurğulayıb ki, əgər o Ukrayna Prezidenti olsaydı, Rusiyaya gedib birbaşa danışıqlar aparardı. Mema Ukrayna ilə yanaşı, İtaliya, Finlandiya və Almaniyanın iqtisadiyyatlarının sanksiyalar və Kiyevə dəstək səbəbindən ciddi ziyan gördüyünü qeyd edib.
Siyasətçi 19-cu sanksiyalar paketinin yalnız Avropa iqtisadiyyatına deyil, həm də sülh prosesinə mənfi təsir göstərdiyini bildirib. Onun fikrincə, belə tədbirlər Rusiya iqtisadiyyatına vurulan zərərdən daha çox Avropa iqtisadiyyatına təsir edir və münaqişənin həllinə əngəl yaradır.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.