RU

Mahirin dayısı oğlunun ölümünün TƏFƏRRÜATI - Kirayədə yaşayırmış, borcları varmış

Millimizin hücumçusu Mahir Emrelinin dayısı oğlu, 37 yaşlı Sabit Ağayevin ölümünün təfərrüatları məlum olub.

Sportinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, hadisə zamanı evdə tək olub.

“Sabit bir müddət əvvəl valideynləri ilə yoldaşı arasında yaranan mübahisələr səbəbilə kirayə ev tutaraq öz ailəsi ilə ayrı yaşamağa başlayıb.

Mərhum axşam saatlarında Tala kəndinə gələrək intihar edib. Hadisə zamanı yoldaşı evdə olmayıb.

Bir azyaşlı körpəsi var. Sabitgil ailədə 2 uşaqdırlar. Bir bacısı var.

Nənəsi vaxtilə Tala kənd məktəbində ibtidai sinif müəllimi işləyib”, - mərhumun yaxınları bildirib.

Başqa bir iddiaya görə, mərhumun borcları çox imiş və ödəyə bilmirmiş. Ona görə də özünə qəsd edib.

Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yarımçıq tikilidən asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkarlanıb. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
77
sportinfo.az

1Источники