ABŞ-ın OpenAI və Amazon Web Services (AWS) şirkətləri süni intellekt texnologiyalarının inkişafı sahəsində 38 milyard dollarlıq strateji tərəfdaşlıq barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki, Bloomberg-in məlumatına görə, yeddi il müddətinə nəzərdə tutulan bu saziş OpenAI-yə AWS-in bulud infrastrukturu və Nvidia şirkətinin yüz minlərlə qrafik prosessorundan istifadə imkanı verəcək.
AWS-in baş direktoru Mett Qarman bildirib ki, Amazon-un bulud infrastrukturu OpenAI-nin süni intellekt sahəsindəki “ambisiyalarının həyata keçirilməsinin əsası” rolunu oynayacaq.
Bu razılaşma “AI sənayesinin ən iri texnoloji əməkdaşlıqlarından biri” kimi qiymətləndirilir.
Musavat.com