RU

Rusiya səfiri İtaliya XİN-ə çağırılıb

Rusiyanın Romadakı səfiri Aleksey Paramonov İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə "RİA Novosti" xəbər verir.

Rusiya diplomatik missiyası səfirin nazirliyə çağırıldığını təsdiqləyib. Məlumata görə, bu addımın atılmasına səbəb Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhi olub.

Belə ki, Zaxarova Romanın mərkəzindəki tarixi qüllənin uçmasını şərh edərək bildirib ki, əgər ölkə hökuməti pullarını Ukraynanı dəstəkləməyə xərcləməyə davam edərsə, bütün İtaliya uçulacaq.

Избранный
28
5
anews.az

10Источники