Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrinin Ukraynaya davamlı maliyyə yardımı ilə müharibəni uzatdığını bildirib.
KONKRET.AZ Milli.az-a istinadən xəbər verir ki, Medvedev bu fikirləri “The Moscow Times” nəşrinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Qərb 2022-ci ilin fevralından – müharibənin başlanmasından bəri Ukraynaya təxminən 500 milyard avro xərcləyib:
“Bu inanılmaz, hətta kritik məbləğdir. Həmin pullarla yeni, neytral və firavan Ukrayna qurmaq olardı, amma belə bir məqsəd yoxdur”.
Medvedev ABŞ-nin Əfqanıstandakı 20 illik hərbi iştirakını da xatırladaraq qeyd edib ki, Vaşinqton 2001-2021-ci illər arasında orada 2,3 trilyon dollar xərcləyib:
“Onlar hakimiyyəti taliblərdən alıb yenidən taliblərə verdilər”.
Rusiyalı siyasətçi bildirib ki, Qərb Ukraynaya nə qədər çox pul xərcləsə, nəticə bir o qədər faciəvi olacaq:
“Nəticə ABŞ-nin Əfqanıstandakı aqibətinə bənzəyəcək”.