RU

Rəhbərliklə bu barədə söhbət olacaq Valdas Dambrauskas

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

"Sabah" Misli premyer-liqasının evdə keçirilən 10-cu tur matçında "Qəbələ"yə qalib gəldi - 1:0."Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Qələbə münasibətilə azarkeşləri və rəhbərliyi təbrik edirəm. Döyüşkən komandaya qarşı oynadıq. Sürətli futbolçulara sahib komanda ilə qarşılaşmaq bizim üçün çətin oldu. İlk hissədə çox təhlükəli vəziyyətlər yaratdılar. Çalışırdıq ki, rəqibi qapımızdan uzaq saxlayaq. Çox şadam ki, bu oyunda qapımızı toxunulmaz saxladıq və 3 xalı əldə etdik. Daha çox oyunlarımız var. İrəlidə dəyişəcəyimizə inanıram.- Aleksey İsayevin debütü ilə bağlı düşüncələriniz necədi?- Əlbəttə, Alekseyin yenidən bizimlə olması məni sevindirir. Onun zədədən qayıtması bir qədər çətin oldu. İstərdik ki, o, matç zamanı ara ötürmələr versin, əvvəlki formasına yavaş yavaş qayıtsın. Hələ ki, istədiyimiz nöqtədə olmasa da, məşqlərdə həvəsli olması, tapşırıqları yerinə yetirməsi irəliyə doğru daha yaxşı olacağına ümidimizi artırır.- Şafrankonun zədəli olması sizi hücumçu transferi barədə düşünməyə vadar edirmi?- Transfer barədə düşünmürük. Ən çox düşündüyümüz məqam növbəti oyunumuz olan "Kəpəz"lə matçdı. Qış fasiləsinə hələ var. Yəqin ki, vaxt yaxınlaşanda rəhbərliklə bu barədə söhbət olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
5
icma.az

6Источники