RU

“Uilliams” Formula 1 komandası adını və loqosunu dəyişir

Formula 1-də çıxış edən "Uilliams” komandası 2026-cı ildən yenilənmiş ad və loqo ilə yarışlara qatılacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat komandanın rəsmi saytında yer alıb.

2025-ci ildə komandanın rəsmi adı “Atlassian Williams Racing” olsa da, növbəti mövsümdən bu ad “Atlassian Williams F1 Team” kimi dəyişdiriləcək. Ənənəvi “W” loqosunun yerini isə komandanın yaradıcısı ser Frank Williamsın dizayn etdiyi və ilk dəfə 1977-ci ildə təqdim olunan Forward W emblemi tutacaq.

Komandanın rəhbəri Ceyms Vauls bu yeniliyi belə şərh edib:

“Qürur duyuram ki, gələn ildən etibarən belə bir adla çıxış edəcəyik. Avtomobildə yer alan yeni loqo Frank Williamsın irsini yaşadır və komandanın uğur dolu tarixini xatırladır. Biz keçmişdən güc alırıq, amma gələcəyə baxırıq. Məqsədimiz ‘Williams’ adını yenidən qaliblər sırasına yazmaqdır.”

Vauls əlavə edib ki, komandanın bu dəyişikliklərlə yenilənmiş kimliyi həm öz köklərinə sadiqliyi, həm də yeni nəsil Formula 1 azarkeşlərinə açılma istəyini əks etdirir.

Избранный
72
90deqiqe.az

1Источники