RU

2025-ci ilin rəmzi komandası açıqladı

"Qızıl top" mükafatının sahibi Usman Dembele və "Qızıl Buts" mükafatının qalibi Kilian Mbappe 2025-ci ilin rəmzi komandasına daxil olublar.

Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) mətbuat xidməti məlumat yayıb.

Dünyanın müxtəlif yerlərindən olan futbolçuların səsverməsi ilə seçilən 2025-ci ilin rəmzi komandasına aşağıdakı oyunçular daxil edilib:

Qapıçı - Canluici Donnarumma ("Mançester Siti", İngiltərə);

Müdafiəçilər: Əşrəf Hakimi, Nuno Mendeş (hər ikisi PSJ, Fransa), Vircil van Dayk ("Liverpul", İngiltərə);

Yarımmüdafiəçilər: Kol Palmer ("Çelsi", İngiltərə), Cud Bellinqem ("Real Madrid", İspaniya), Pedri ("Barselona", ​​​​İspaniya), Vitinya (PSJ);

Hücumçular: Dembele (PSJ), Mbappe ("Real Madrid", İspaniya) və Lamin Yamal ("Barselona", İspaniya).

Избранный
100
4
moderator.az

5Источники