RU

Sayt çökdü, biletlər tükəndi: “Qarabağ” – “Çelsi” matçında kimlər qazandı? - VİDEO

“Qarabağ “ – “Çelsi” oyunu – Azərbaycan futbol tarixində ən çox gözlənilən qarşılaşmalardan biri. Azarkeşlər bilet satışının başlayacağı günü səbrsizliklə gözləyirdi. Amma satışın başlandığı anda iticket.az saytı “çökdü”. İlk 2 saat ərzində sistemə giriş etmək ümumiyyətlə mümkün deyildi. Lakin az sonra yayılan məlumat bilet növbəsində gözləyən azarkeşləri daha da çaşdırdı. Artıq 22.500 biletin satıldığı bildirildi. Həmin andan etibarən isə sosial şəbəkələrdə yüzlərlə biletin satış elanları ortaya çıxdı. Qiymətlər isə rəsmi dəyərindən 5 qat baha... Azarkeşlər hesab edir ki, satış prosesi ədalətli olmayıb və bəzi şəxslər sistemdən sui-istifadə ediblər.

Sayt işləmirdisə bəs bu qədər bileti kim aldı? Bir şəxs bu qədər biletə necə sahib ola bilər? “Qara bazar”ın qarşısının alınmasından ötrü hər hansısa bir tədbir görülürmü?

Məsələ ilə bağlı Bakupost TV suallarını iticket.az qurumunun əməkdaşına ünvanladı. Şirkət satış zamanı texniki problemlərin yaşandığını, amma bütün biletlərin rəsmi qaydada satıldığını bildirdi.

“Qarabağ” futbol klubuna da müvafiq məsələ ilə bağlı sual ünvanlanıb.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılır.

Bəs “qara bazar”da bilet satanları nə gözləyir? Məsələnin hüquqi baxımını hüquqşünas Şamil Paşayev şərh edib. O bildirdi ki, bu, hər şeydən öncə əxlaq məsələsidir.

Daha ətraflı video-materialda:

Избранный
22
3
hurriyyet.az

4Источники