RU

"Pokrovsk bizim nəzarətimizdədir" - Zelenski

Pokrovsk istiqamətində gərgin döyüşlər gedir, amma şəhəri nəzarətimizdə saxlayırıq.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 3-də kabinetində bir qrup jurnalistlə görüşündə bildirib.

O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün qoşun növlərindən Pokrovsk və qonşu yaşayış məntəqələrinin müdafiəsinə hərbçilər cəlb olunub: "Rusiya ordusunun bütün hücumlarının qarşısı uğurla alınır. Hazırda vəziyyət bundan ibarətdir".

Qeyd edək ki, son günlər Rusiya ordusu əsas hücumlarını Donetsk vilayəti, Ukraynanın strateji şəhərlərindən olan Pokrovsk istiqamətinə yönəldib.

Избранный
21
1
manset.az

2Источники