RU

“Sabah” qəzeti: Azərbaycanda ermənilərin dağıtdığı Xocalı qurbanları qəbiristanlığı bərpa edilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 3 noyabr, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində ermənilərin Xocalı şəhərində törətdiyi kütləvi qırğın qurbanlarının dəfn olunduğu qəbiristanlıq bərpa edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin Ağdam bölgəsindən yazdığı məqalədə deyilir.

Nəşr 1992-ci ildə Xocalıda baş verən qanlı soyqırımın qurbanı olan yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən qadın, uşaq və qocalar barədə xatırladıb: “Qurbanların çoxu Ağdamdakı şəhidlər qəbiristanlığında dəfn edilib. Erməni işğalı zamanı bu ərazi dağıdılıb - məzarlar açılıb, məzar daşları sındırılıb”.

Müəllif həmçinin, qətlə yetirilənlərin qalıqlarının təhqir edilməsi və qızıl diş axtarışında olan ermənilərin məzarları dağıtması faktlarını da vurğulayıb.

Qəzet qeyd edir ki, 44 günlük Vətən Müharibəsində qələbədən sonra Azərbaycanın azad edilmiş ərazilərinin genişmiqyaslı dirçəlişi başladı. Bu gün Azərbaycan və Türkiyə bayraqlarının Ermənistan cinayətlərinin qurbanlarının məzar daşları üzərində dalğalandığı Xocalı şəhidlər qəbiristanlığının bərpasına start verildi.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
4
azertag.az

5Источники