RU

Siyasi səhnədə balans dəyişir: 5-ci kolonun geriləməsi və yeni reallıqlar (RƏY)

Bakı.Trend:

Son illərdə Azərbaycanın siyasi həyatında milli maraqlara ziddfəaliyyət göstərən, xarici təsirlərə açıq olan qüvvələrin rolugetdikcə azalır. Xüsusilə, AXCP, Müsavat Partiyası və ümumilikdə“5-ci kolon” adlandırılan dairələrin cəmiyyətdə siyasi nüfuzu vətəsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib. Azərbaycanictimaiyyəti artıq xarici mərkəzlərin təsiri altında olan, millimaraqlardan uzaq siyasi qüvvələri rədd edir və ölkənin gələcəyinireal inkişaf və milli həmrəylik üzərində qurmağa üstünlükverir.

Mövzuyla bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı FazilMustafa bildirib ki, ölkə daxilində təxribat yaratmaq istəyən bütünqüvvələrə qarşı qətiyyətli addımlar atılmalıdır.

“Təbii ki, konkret adlar çəkmək üçün əvvəlcə əsaslı və hüquqidəlillər olmalıdır. Bu istiqamətdə isə hüquq-mühafizə orqanlarıciddi işləməli, hər bir iddia araşdırılmalıdır.

Əgər hər hansı xarici ölkənin Azərbaycanda qarşıdurma yaratmaqvə sabitliyi pozmaq kimi məqsədləri varsa, onlara xidmət edən bütündaxili və xarici qüvvələrə qarşı da aydın və sərt mövqe ortayaqoyulmalıdır. Əks halda, müstəqilliyimizin və təhlükəsizliyimizinqorunmasında ciddi çətinliklər yaşana bilər”,-deyə deputat qeydedib.

F.Mustafa əlavə edib ki, bu qədər böyük bir zəfər əldəetməyimizə baxmayaraq, - xüsusilə də bəzi xidmət orqanlarınıntəsiri ilə ölkədə təxribat yaratmağa çalışan qüvvələrin fəallığıartmaqdadır:

“Bunlara Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) mənsubtrollar və konkret şəxslər, eləcə də dini cəhalət üzərindəncəmiyyətə təsir göstərməyə çalışan qruplar daxildir. Bu hallarcəmiyyət üçün narahatedici təhlükə yaradır.

Bu səbəbdən də ciddi araşdırmalar aparılmalı və prosesintəhlükəli məcraya yönəlməsinə imkan verilməməlidir”.

Deputat əlavə edib ki, dövlət təhlükəsizliyi bu gün ölkənin ənprioritet məsələlərindən biridir və bu təhlükəsizliyi pozan bütünelementlərə qarşı ən sərt və qanuni tədbirlər görülməlidir.

Deputat Ceyhun Məmmədov Trend-ə açıqlamasında bildirib ki, özünü müxalifətadlandıran bəzi qrupların dövlətin gördüyü işlərə həmişə müxalifmövqedən yanaşmaları müşahidə edilir.

“Onlar üçün dövlətin maraqları və hədəfləri bəzən önəmligörünmür. Ancaq müxalifətçilik dövlətçiliyə qarşı olmaq deməkdeyil. Dünyanın hər yerində müxalifət var və onlar dövlətçilikməsələlərində dövlətin yanında olurlar. Bizim müxalifətimiz dədövlətçiliyi dəstəkləməli, dövlətin maraqlarına qarşıçıxmamalıdır”.

C.Məmmədov qeyd edib ki, AXCP və Müsavat bu prinsipləri nəzərəalmalı, dövlət maraqlarına qarşı çıxış etməməlidirlər.

“Əgər bəzi partiyalar dövlət siyasətinə, dövlətin uğurlarınaqarşı çıxırlarsa, bu, onların siyasi fəaliyyətini nəzərdənkeçirmələrini tələb edir”.

Deputat əlavə edib ki, müxalifət qrupları dövlətin,dövlətçiliyin və dövlət məsələlərinin yanında olmalı, bu prosesidəstəkləməlidirlər.

Избранный
50
az.trend.az

1Источники