RU

90-cı illərdən qalma radikallar gürcü və erməni siyasətindən gediblər - Müsavat və AXCP hələ qalır...


Aydın Mirzəzadə: “AXCP və Müsavat müqəvva halındadırlar, bunların siyasi proseslərdə nə iştirakı, nə də təsirləri var”

Müasir siyasi sistem tamamilə yeni çağırışlar üzərində qurulub. Artıq bir sıra ölkələrdə siyasi partiyalar və təşkilatlar bunun fərqindədir və məhz o üzdən, dövlətinə və xalqına zərər verdiyinin fərqində olduqları üçün siyasət meydanını tərk ediblər.

Müstəqillik uğrunda mübarizə dövründə - ötən əsrin 90-cı illərində siyasi səhnəyə və hətta hakimiyyətə gələ bilmiş radikal siyasi dairələr qonşu ölkələrdə - Gürcüstanda, Ermənistanda artıq siyasi səhnəni tərk ediblər. Onların bəziləri öz missiyasını yarımçıq icra etdi, bəziləri ümumən heç nə edə bilmədi və siyasi meydanı tərk etdi. Ancaq maraqlıdır ki, Azərbaycan siyasi sistemində AXCP və Müsavat hələ də getməməkdə israrlıdır və öz mövcudluğunu saxlamağa çalışır.

“Hələ də keçən əsrin 90-cı illərinin ab-havasından çıxa bilmirlər”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə “AXCP və Müsavat Azərbaycanın hüquqi dövlət imkanlarından istifadə edərək hüquqi statuslarını saxlaya biliblər. Əslində bu, Azərbaycanda demokratiyanın inkişafını göstərir. Belədə isə o partiyalar - AXCP və Müsavat müqəvva halındadırlar, bunların siyasi proseslərdə nə iştirakı, nə də ki, təsirləri var”-deyə bildirdi.

A.Mirzəzadə qeyd etdi ki, onların Azərbaycan coğrafiyası üzrə genişlənmiş refgional təşkilatları, elə bir ciddi sosial bazaları yoxdur. “Seçkilərdə ya iştirak etmirlər, ya da iştirak etdikdə çox cüzi səs toplayırlar. Bu partiyalarda Azərbaycanda tanınmış hansısa bir ictimai və elm xadiminə rast gəlmək olmur. Partiya liderləri isə sosial şəbəkə blogerlərindən heç nə ilə fərqlənmirlər. Düzdür, Azərbaycanda müxalifət var, onların bir qismi parlamentdədir, hökumətdən fərqli mövqelərini bildirirlər, fərqli layihələrini irəli sürürlər, rayon təşkilatları var. Ancaq AXCP və Müsavat hələ də keçən əsrin 90-cı illərinin ab-havasından çıxa bilmirlər. Zaman dəyişir, cəmiyyət dəyişir, dövlətimiz dəyişir, onlar isə dəyişmirlər. Onların yeganə dayağı xaricdən müəyyən dairələrin bunlara verdiyi dəstəkdir. Belə hiss olunur ki, tapşırıqları da onlardan alırlar. Uzun müddət səs-səmirləri çıxmır, amma birdən tapşırıq alıbmışlar kimi hansısa bir mövzu ətrafında hay-küy salmağa çalışırlar. Amma cəmiyyət tərəfindən dəstəkləri yoxdur, sosial bazalarını görmək mümkün deyil. Bu baxımdan, radikal müxalifət Azərbaycan cəmiyyətində tələb olunan bir siyasi qütb deyil”.

A.Mirzəzadənin fikrincə, bu gün Azərbaycanda milli vətənpərvərlik, demokratik düşüncə, Azərbaycanın milli maraqlarına cavab verən təkliflər gündəmdədir: “Bunları isə biz AXCP və Müsavatda görə bilmirik”.

Əli TURABOV

Избранный
74
baki-xeber.com

1Источники