RU

Romada tarixi qüllə bərpa zamanı çökdü

İtaliyanın paytaxtı Romada, Kolizeyin yaxınlığında yerləşən XIII əsrə aid Torre dei Conti qülləsindəki çökmə, davam edən bərpa işləri zamanı baş verib.

İtaliyanın Milli Yanğınsöndürmə Xidmətinin sözçüsü Luka Kari, xilasetmə işlərinin davam etdiyini bildirərək deyib:

“Onu sağ çıxarmağa çalışırıq, lakin binada yeni bir çökmə riski var, vəziyyət olduqca mürəkkəbdir.”

Latsio vilayətinin rəhbəri Françesko Rokka, xəstəxanaya aparılan bir işçinin həyati təhlükəsinin olmadığını, iki işçinin isə yüngül xəsarət almasına baxmayaraq müalicədən imtina etdiyini açıqlayıb.

Yerlı mənbələrin verdiyi məlumata görə, qüllənin xarici fasadı salamat qalıb, lakin daxili hissədə ciddi zədələr yaranıb.

Избранный
65
aznews.az

1Источники