Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana Zəfər paradında iştirak edəcək.
Missiya.Az Modern.az-a istinadən məlumatına görə, Ərdoğanla birlikdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidanın da paradda iştirak edənlər arasında olacağı gözlənilir.
Qeyd edək ki, parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. Bu tarix Zəfərin 5-ci ildönümünə təsadüf edir.