RU

İlon Mask azərbaycanlılara 30% endirim edib

Amerikalı iş adamı və milyarder İlon Maskın "Space X" şirkəti Azərbaycandan olan "Starlink" istifadəçiləri üçün endirim kampaniyasına başlayıb...

"PostMedia" xəbər verir ki, internet təchizatı üçün lazım olan "Mini Kit" marşrutlayıcı (router) avadanlığının qiyməti 102 manat yaxud 30% endirilib.

Nəticədə "Mini kit"in dəyəri 340 manatdan 238 manata düşüb və endirim kampaniyası dekabrın 1-dək davam edəcək.

Həmçinin məlumatda qeyd edilir ki, ölkəmizdə olan istifadəçilər bu avadanlıq vasitəsi ilə 350 Mb/s-yə qədər sürət əldə edə biləcəklər.

Qeyd edək ki, "Starlink"in peyk interneti xidmətləri Azərbaycanda 2025-ci ilin martın 29-da aktivləşib.

Poliqon.info

Избранный
15
4
poliqon.info

5Источники