RU

Azərbaycanda doğum səviyyəsinin azalması iqtisadi səbəblərə görə deyil Günay Hüseynova

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycanda doğum səviyyəsi ildən-ilə azalır və bu, cəmiyyətin gələcəyinə birbaşa təsir edən ciddi tendensiyadır. Bu azalmanın bir çox amili var: sosial, mədəni, ailə və fərdi faktorlar doğum qərarlarına təsir göstərir.

Bu prosesdə iqtisadi amillərin rolu nə qədərdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova qeyd etdi ki, ailələrin az uşağa sahib olmasının iqtisadi səbəbləri ümumi səbəblər arasında yalnız 2-3%-i təşkil edir:

"Yəni digər faktorlar daha əhəmiyyətlidir və bu səbəblər iqtisadi məsələlərdən daha qabarıqdır. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində ailələrin azuşaqlı olmasının səbəbini təkcə iqtisadi faktorlarla izah etmək düzgün deyil. Məsələn, bir çox ailələr var ki, çoxsaylı uşağa sahibdirlər. Media vasitəsilə də görmüşük ki, bəzi ailələrin 15-17 uşağı var. Bu o demək deyil ki, həmin ailələrin həyat səviyyəsi yüksəkdir və onlar bu qədər uşağı layiqli şəkildə təmin edə bilir. Eyni zamanda, cəmiyyətdə bir uşağı olan ailələr də var və bəzi hallarda çoxuşaqlı ailələrdən daha yaxşı şərait yarada bilirlər. Yəni bunu yalnız iqtisadi faktorlarla əlaqələndirmək tamamilə səhv olar".

Onun sözlərinə görə, bu 2-3% isə cəmiyyətimizdə iş rejimi və vətəndaşların sosial-iqtisadi rifahı ilə bağlıdır. İqtisadçı hesab edir ki, bir uşağın maddi ehtiyaclarını qarşılamaq, onun rifahını təmin etmək valideynin daha yüksək əməkhaqqı alması və rahat iş rejiminə sahib olmasından asılıdır.

"Bu səbəbdən bunu nəzərə almaq vacibdir. Azərbaycan cəmiyyəti üçün demək olmaz ki, insanlar uşaq dünyaya gətirmirlər, çünki iqtisadi səbəblər buna imkan vermir. Məsələn, əgər valideyn 3000-3500 manat maaş alır və iş rejimi ağırdırsa, uşağa vaxt ayıra bilmir. Digər tərəfdən, çoxuşaqlı ailələrdə 6-7 uşaq ola bilər, amma maaş 1000 manatdırsa və sosial yardım alırsa, vəziyyət tam fərqlidir. Ona görə də iqtisadi konsepsiya ilə yanaşmaq şəxsi hallar üzrə müzakirə obyektinə çevrilə bilər, amma ümumilikdə Azərbaycan cəmiyyəti üçün əsas səbəb kimi iqtisadi faktorları göstərmək düzgün deyil", - deyə müsahibimiz vurğuladı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
1
redaktor.az

2Источники