RU

Böyük Britaniya Ukraynaya “Storm Shadow” raketlərini göndərib

London, 3 noyabr, AZƏRTAC

Böyük Britaniya Ukraynaya Rusiyanın ərazisinə dərin məsafədən zərbələr endirməyə imkan verən “Storm Shadow” raketlərinin yeni partiyasını göndərib.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, göndərilən raketlərin sayı açıqlanmasa da, bu addımın məqsədi Ukraynanın qış aylarında kifayət qədər raket ehtiyatına malik olmasını təmin etməkdir.

Avropa müdafiə şirkəti “MBDA” tərəfindən istehsal olunan bu raketlər 250 kilometrdən artıq uçuş məsafəsinə malikdir və hədəfə yüksək dəqiqliklə zərbə endirmək üçün inerisial, GPS və relyefə əsaslanan naviqasiya sistemlərindən istifadə edir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
43
4
azertag.az

5Источники