RU

“Hökumət Ukraynaya pul xərclədikcə İtaliya dağılacaq” – Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İtaliyada orta əsrlərə aid qüllənin uçması ilə bağlı xəbərlərə münasibət bildirib.

Busaat.az xəbər verir ki, o, Teleqram kanalında Ukraynaya dəstək üçün İtaliyadan gələn külli miqdarda pulu qeyd edib.

Zaxarova öz postunda İtaliya Xarici İşlər Nazirliyinin bu il ölkənin Kiyev rejimini dəstəkləmək üçün hərbi yardım və töhfələr də daxil olmaqla 2,5 milyard avro ayırdığı barədə açıqlamasını xatırladıb.

“İtaliya hökuməti vergi ödəyicilərinin pullarını mənasız yerə xərclədikcə, İtaliya iqtisadiyyatından tutmuş qüllələrinə qədər dağılacaq”, – Rusiya agentliyinin nümayəndəsi qeyd edib.

Yeganə

Избранный
60
busaat.az

1Источники