
Günəşdə son bir ayın ən güclü partlayışı baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat yayıb.
O qeyd edib ki, emissiyanın maksimal həddi Bakı vaxtı ilə saat 14:11-də qeydə alınıb. Kataloqlara görə, bu, M6.4 partlayışının baş verdiyi 28 sentyabrdan bəri ən güclü günəş hadisəsidir.