RU

Vətəndaşlar tullantıları tinglərə dəyişərək təbiətə töhfə verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində ictimai maarifləndirməni artırmaq məqsədilə Sumqayıt şəhərində “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.

Ekologiya.az bildirir ki, aksiya çərçivəsində vətəndaşlar ümumi tutumu 685 litr olan plastik, 235 litr olan şüşə tullantı və 383 ədəd işlənmiş batareya təhvil verərək, əvəzində badam, nar, sərv və Eldar şamı tingləri əldə ediblər. 

Tədbirin əsas məqsədi tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq, eyni zamanda yaşıllıqların artırılmasına və ekoloji şüurun gücləndirilməsinə töhfə verməkdir.

Aksiya payız əkin mövsümünün sonunadək müxtəlif ərazilərdə davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün vətəndaşları bu təşəbbüsə qoşulmağa, tullantılarını düzgün idarə etməklə həm təbiətə, həm də gələcək nəsillərə yaşıl bir mühit bəxş etməyə çağırır.

Избранный
40
2
ekologiya.az

3Источники