RU

Elarizin kürəkəninə 10 il iş verildi

Elarizin kürəkəninə 10 il iş verildi

Sahibkar tanışlarına internet platforması üzərindən əlavə gəlir əldə etmək vədi verərək onların 4 milyon manatını ələ keçirməkdə ittiham olunan birjaçı Nizami Alışanın məhkəməsi başa çatıb.

AFN.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hakim Aytən Əliyevanın sədrlik etdiyi məhkəmə kollegiyası Nizami Alışana qarşı irəli sürülmüş xüsusilə külli miqdarda dələduzluq ittihamının məhkəmədə təsdiqini tapdığını bəyan edib.

Hökmə əsasən, Nizami Alışan 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, o, zərərçəkmişlərdən biri — Babək Məmmədzadəyə dəymiş maddi ziyanı da ödəməlidir.

Nizami Alışan son sözündə zərərçəkmiş kimi tanınan Babək Məmmədzadənin adını çəkərək onun qoyduğu məbləğdən qat-qat çox qazandığını iddia edib. O, həmçinin Babəkin atasının vaxtilə böyük yeyinti faktı ilə məhkum olunduğunu xatırladıb və indi isə oğlunun onu zərərçəkmiş kimi təqdim etməsini tənqid edib.

Qeyd edək ki, Nizami Alışan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb olunub. İş üzrə zərərçəkmişlər arasında Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və iş adamı Yadigar İsrafilov da yer alır.

Məlumata görə, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu və müğənni Elarizin kürəkənidir.

Избранный
50
13
afn.az

10Источники