RU

“Növbəti görüş Bakıda olmalıdır” – İrəvandan qayıtmış Fərhad Məmmədovdan anons

“Vətəndaş cəmiyyətinin nümayəndələrin ilk görüşü İrəvanda baş tutdu. Bu ikitərəfli görüş idi. Məntiqlə belə çıxır ki, bu ikitərəfli qaydada davam etməlidir və növbəti görüş Bakıda olmalıdır”.

Bu sözləri “Yeni Sabah”a Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, görüş iştirakçıları əsasən öz müzakirələrini onlayn formatda da davam etdirəcək: pizza mizza

“Eyni zamanda, təkcə paytaxtlar deyil, digər yerlər də nəzərdən keçirilir. Bu istiqamətdə əsas məqsəd görüşlərin keçirilməsi ilə yanaşı, onun praktiki nəticələridir. Ona görə də, görüş iştirakçıları əsasən öz müzakirələrini onlayn formatda da davam etdirir ki, yaxın gələcəkdə praktiki nəticələri də olsun”.

Politoloq vurğulayıb ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin mütəmadi görüşü sülh gündəliyinin inkişafından birbaşa asılıdır:

“Sülh gündəliyi nə qədər inkişaf edəcəksə, genişlənəcəksə, dərinləşəcəksə, vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşləri də daha sıx baş tutacaq. Eyni zamanda, ekspertlərin, media nümayəndələrinin Azərbaycanda və Ermənistanda keçirilən beynəlxalq tədbirlərdə iştirakı nəzərdə tutulub. Bu, birbaşa olaraq görüş və müzakirələr olmasa da, hər iki ölkədə keçiriləcək beynəlxalq tədbirlərdə iştiraka müsbət baxılır. Məhz bu hal belə səfərlərin hər hansı qeyri-adi hadisə kimi deyil, normaya salınmasına gətirib çıxaracaq”.

Xatırladaq ki, oktyabr ayının 25-də Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfəri baş tutub.  Səfər çərçivəsində Azərbaycandan Ermənistana yollanan nümayəndə heyətinin tərkibinə Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, eləcə də Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbərləri Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva daxil olublar. Onlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
48
yenisabah.az

1Источники