RU

Belarus Ukraynaya “sülhməramlı” qoşun göndərməyə hazırdır

Lazım gələrsə Belarus Ukraynada sülhməramlı missiyada iştirak etməyə hazırdır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Belarus silahlı qüvvələrinin xüsusi əməliyyat qüvvələri komandanlığının beynəlxalq hərbi əməkdaşlıq və sülhməramlı fəaliyyət şöbəsinin rəisi Aleksiy Skabey çıxış edib.

STV telekanalına danışan Skabey qeyd edib ki, bayrağımızın başqa ölkədə qaldırılması BMT qarşısında öhdəliklərimizə sadiqliyin göstəricisidir. O əlavə edib ki, Belarus ordusu müvafiq qərar qəbul ediləcəyi halda istənilən bölgəyə hərəkətə hazırdır.

Skabeyin sözlərinə görə, Ukraynada sülhməramlı missiya yalnız tərəflərin razılığı ilə mümkündür: “Bu, təkcə bizdən asılı deyil. Hər iki tərəfin xahişi ilə onlara kömək etməyə hər zaman hazırıq”.

Xəbər 41 dəfə oxunub.
Избранный
79
xezernews.az

1Источники