RU

HƏMAS dan gözlənilməz açıqlama: “HAZIRIQ” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Qəzza ilə bağlı danışıqlarda amerikalı vasitəçi olan Bişara Bəhbahın açıqlamasına əsasən, HƏMAS hərəkatı ağır silahlarını təhvil verməyə hazır olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” nəşri məlumat yayıb.

“Qəzza üzrə əsas vasitəçi Bişara Bəhbah qeyd edib ki, HƏMAS nümayəndələri ilə apardığı bir sıra danışıqlar zamanı təşkilat ağır silahları təhvil verməyə açıq olduğunu və buna hazır olduqlarını bəyan ediblər,” – məlumatda vurğulanır.

Bəhbah həmçinin bildirib ki, ABŞ administrasiyası da bu formatı qəbul etməyə hazır olduğunu ifadə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
1
konkret.az

2Источники