RU

Çexiyada seçkilərdə qalib gələn partiyalar hökumət koalisiyasının yaradılmasına dair saziş imzalayıblar

BAKI, 3 noyabr. TELEQRAF

Oktyabrın 3-4-də keçirilən parlament seçkilərində ən yüksək nəticə göstərmiş siyasi hərəkatların liderləri hökumət koalisiyasının yaradılması haqqında saziş imzalayıblar.

Teleqraf xəbər verir ki, yeni hökumət koalisiyasına ANO (“Narazı Vətəndaşların Aksiyası”), SPD (“Azadlıq və Birbaşa Demokratiya”) və “Motorist” hərəkatları daxil olub.

Üç partiya parlamentin aşağı palatasında 200 deputatdan 108-nin dəstəyinə malikdir.

Saziş Deputatlar Palatasının ilk iclasından bir saat əvvəl imzalanıb. Koalisiya tərəfdaşları palatanın sədri vəzifəsinə SPD lideri Tomio Okamuranı namizəd göstəriblər. Həmçinin gələcək hökumətin proqram bəyanatının mətnini də təqdim ediblər. Sənəddə Çexiyanın NATO və Avropa İttifaqına üzvlüyünə sadiqliyi vurğulanır, həmçinin Ukraynada tezliklə sülhün bərqərar olması məqsədilə bu ölkəyə diplomatik dəstək ifadə olunur.

Çexiya baş naziri postuna namizəd, ANO hərəkatının lideri Andrey Babiş yaxın vaxtlarda Prezident Petr Pavelə hökumət koalisiyasının yaradılması barədə məlumat verəcək. Daha sonra o, dövlət başçısına yeni kabinetin tərkibini təqdim edəcək. Prezidentin nazirlərlə görüşlər keçirdikdən sonra hökuməti təyin edəcəyi gözlənilir.

Babiş bildirib ki, yeni hökumət ən geci dekabrın ortalarınadək fəaliyyətə başlamalıdır.

Избранный
52
teleqraf.com

1Источники