RU

Fransadan Ermənistana 274 milyonluq növbəti JEST

Fransa Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir ki, Fransa 2023–2024-cü illərdə Ermənistanla ümumi dəyəri 274 milyon avrodan çox olan silah tədarükü müqavilələri imzalayıb.

KONKRET.az-ın xəbərinə görə, sənəddə qeyd olunur ki, “yeni texnikanın ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi tamamilə müdafiə xarakteri daşıyır.

2023-cü ildə İrəvanda yaradılan Fransanın müdafiə missiyası isə erməni tərəfdaşlarla daha sıx əlaqələrin qurulmasına və əməkdaşlığın optimal formatlarının müəyyən edilməsinə imkan verəcək.”

Hesabatda həmçinin vurğulanır ki, Fransa Ermənistana “Cezar” tipli özüyeriyən haubitsalar, eləcə də 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğularını tədarük edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
54
1
konkret.az

2Источники