RU

Lavrov Putin-Tramp sammitini pozmaqda ittiham olunur

“Nezıqar”: Rusiya XİN-i naziri müdafiə etmək üçün nadir halda açıq bəyanatlar verir...

Poliqon xəbər verir ki, “Nezıqar” Telegram kanalı Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrov əleyhinə səslənən ittihamlara qarşı gözlənilməz şəkildə açıq müdafiəyə keçdiyini yazıb. İddialara görə, məhz Lavrovun davranışı Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan sammitin baş tutmamasına səbəb olub.

Mənbələrin bildirdiyinə görə, Lavrov ABŞ dövlət katibi Marko Rubi ilə danışıqlara hazırlıqsız gedib və söhbət “son dərəcə gərgin formatda” keçib. Nazir müzakirədən qaçıb və Dövlət Departamenti ilə dialoqa girməyib. “Görünür, Lavrov Kremlə verilən təlimatı çox sərt şəkildə yerinə yetirib, Moskvanın Ukrayna müharibəsindəki maksimalist məqsədlərini Vaşinqtona olduğu kimi çatdırıb”, deyə mənbə bildirib.

Rusiya XİN-dən “Kommersant” qəzetinə sızdırılmış məlumatlar vasitəsilə bildirib ki, Lavrovun ABŞ tərəfi ilə müzakirələri Tramp və Putinin Alyaskadakı görüşündə əldə olunmuş qarşılıqlı anlayış çərçivəsində aparılıb. Nazirlik həmçinin vurğulayıb ki, 16 oktyabrda Putinlə Tramp arasında planlaşdırılan telefon danışığından bir neçə gün öncə Rusiya Vaşinqtona “non-paper” adlı qeyri-rəsmi sənəd göndərib və bu sənəd etirazla qarşılanmayıb. XİN-in versiyasına görə, sammitin baş tutmamasına səbəb Lavrov yox, elə Rubio olub.

Lakin Kremlin daxilində vəziyyət gərgindir. Mənbələr bildirirlər ki, Lavrov bu məsələ ilə bağlı Putinə ciddi hesabat verib, bəzi yüksək vəzifəli şəxslər isə onu “sabotajda” günahlandırıblar. Bundan sonra Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitrievin təcili şəkildə ABŞ-a uçduğu qeyd olunur.

“Nezıqar”ın məlumatına görə, Lavrov hazırda “açıq şəkildə ruh düşkünlüyü içindədir” və Kremlin içindəki intriqaların mərkəzinə çevrilib. “O, Şoyqunun taleyini təkrarlayır. Putinin etimadını itirib və zəif həlqə kimi görünür. Nazirlik isə indi onu müdafiə etmək üçün mediaya məqsədli məlumatlar sızdırır”, deyə  mənbə vurğulayıb.

Ekspertlərin fikrincə, hətta Lavrov prezidentin tapşırığını icra edib və Rubi ilə sərt ton nümayiş etdiribsə belə, bu onu bəraət qazandırmır. Diplomatiyanın rəhbəri danışıqları pozmaq yox, razılaşma bacarığını göstərməlidir. Bu səbəbdən onun mövqelərinin yaxın vaxtlarda zəifləyəcəyi gözlənilir – necə ki, eyni proses vaxtilə Şoyqu ilə baş vermişdi.

Siyasi müşahidəçilər qeyd edirlər ki, Lavrovun əsas səhvi Prezidentin köməkçisi Yuriy Uşakov və Kirill Dmitrievin mövqelərini nəzərə almaması olub. O, daha sərt xəttin Putin tərəfindən dəstəkləndiyini düşünüb, lakin əslində bu belə çıxmayıb. Nəticədə Lavrov Dmitriev-Uitkoff kanalı vasitəsilə qurulan qeyri-rəsmi əlaqəni də ABŞ-la münasibətlərdə diskreditə edib. Dmitrievin uğursuz Vaşinqton səfəri isə vəziyyəti daha da ağırlaşdırıb.

Diplomatik dairələrə yaxın mənbə bildirib ki, Financial Times qəzetində dərc olunan və Lavrovu tənqid edən material “sifarişli” olub, bu isə naziri ciddi şəkildə sarsıdıb. “Məqalədə çoxlu təhriflər var, amma bir şey doğrudur – Lavrov həqiqətən yorulub və Kreml daxilində onun əleyhdarlarının sayı artıb”, – deyə mənbə əlavə edib.

Poliqon.info

 

Избранный
41
poliqon.info

1Источники