Müğənni Aysun İsmayılova MTV kanalında yayımlanan “ Tarixin bir günü” verilişində çıxışı ilə səs-küy yaradıb.
Redaktor.az xəbər verir ki, o toylara gedən müğənnilər arasında öz yaşıdlarından bəhs edib.
Aysun İsmayılova bildirib ki, ondan qat-qat çox məşhur olan ifaçıların bir toyu idarə etdikləri qiymətə o bir saata oxuyub qazanır. Üstəlik həmin müğənnilər ölkə sərhəddindən kənarda olan toylara ekonom təyyarə ilə gedirlər. Lakin özünün biznes uçuşlardan istifadə etdiyini qeyd edib.