Kilian Mbappe oktyabr ayında La Liqanın ən yaxşı oyunçusu seçilib.
"Football-plus.az" xəbər verir ki, fransız futbolçu ardıcıl ikinci dəfə sorğuda qalib gəlib. O, sentyabrda da La Liqanın ən yaxşı futbolçusu adına layiq görülmüşdü. Mbappe “Real”ın oktyabrda keçirdiyi hər üç çempionat matçında - “Barselona”, “Xetafe” və “Vilyarreal”la oyunlarda qol vurub.
Yeri gəlmişkən, Mbappe sentyabrda La Liqada meydana çıxdığı 4 matçın hamısında qol vurmuşdu. Əlavə edək ki, fransız forvard hazırda 11 qolla La Liqanın bombardiridi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта