RU

Ayan Məmmədli: Bu forum mədəniyyət adamları üçün mühüm platformadır

Antalya, 3 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Bu gün Mədəniyyət Elçilərinin I Forumunda iştirak etmək mənim üçün böyük qürurdur. Bu forum, həm ölkəmizin zəngin mədəniyyətini dünyaya tanıdan, həm də Azərbaycan adını beynəlxalq səviyyədə ucaldan hər bir sənətçinin, ziyalının və gəncin bir araya gəldiyi mühüm platformadır.

Bunu AZƏRTAC-a açıqlamasında pianoçu, beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli deyib.

Onun sözlərinə görə, xaricdə yaşayan hər bir azərbaycanlı istər elm, istər incəsənət, istərsə də təhsil sahəsində fəaliyyət göstərsin öz davranışı, yaradıcılığı və səmimiyyəti ilə ölkəmizin mədəni səfiri olur.

"Mən pianoçu kimi Avstriya, Niderland, İtaliya, Fransa, Norveç, Danimarka, Argentina və digər ölkələrdə çıxışlar etmişəm. Gənc olaraq biz dünyanın müxtəlif guşələrində Azərbaycanı təmsil edir, onun mədəni irsini, qonaqpərvərliyini və sülhsevərliyini təbliğ edirik. Məhz hər bir azərbaycanlı sənətçi öz fəaliyyəti ilə bu mədəniyyətin dəyərli bir hissəsinə çevrilir", - deyə Ayan Məmmədli deyib.

 

Избранный
39
2
azertag.az

3Источники