RU

Elariz Məmmədoğlunun kürəkəni 10 il müddətə azadlıqdan məhrum edilib

Bakı. Trend:

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyutaalqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərinkülli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən NizamiAlışanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbərverir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilənprosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Nizami Alışan 10 il müddətəazadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - ZeynalMütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və YadigarŞibi oğlu İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm vəvalyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min,Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə küllimiqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəlisürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşıoğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlununkürəkənidir.

Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru MəhəmmədMəmmədovun oğludur.

Məqalədə:
Избранный
34
21
az.trend.az

10Источники