Sea Breeze

Biz ekspedisiya zamanı ehtiyatları öyrənmək istədik. Xəzər dənizində nərəkimilər və Xəzər qızıl balığına ekspedisiya müddətində rast gəlinmədi. Bu o demək deyil ki, bu balıqlar Xəzərdə yoxdur. Sadəcə olaraq ekspedisiya dövründə onlar qarşımıza çıxmadılar. Bildiyimiz kimi, beş ölkənin nərə balığı ilə bağlı moratorium sazişi var. Ona görə də sözügedən balığın ovlanması qadağandır.

Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev “Report”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bundan əvvəlki illərdə Azərbaycanda kilkə balığının ovlanmasına ən böyük kvota verilib. Ekspedisiyanın ilkin nəticələrinə görə, bu balıq növünün ehtiyatı təxminən Xəzərdə 500-700 min tondur. Nəzərinizə çatdırım ki, bu, təkcə Azərbaycanın payına düşən həcm deyil.

Burada tək ekspedisiya ilə hər şeyi müəyyənləşdirmək mümkün deyil. Balıqlar tutulur, üzərləri işarələnir, sonra yenidən həmin hövzəyə buraxılır. Bir neçə gün ərzində torlarla yenidən ov prosesi aparılır və daxili sularda işarələnmiş neçə balığın təkrar tora düşdüyü müəyyənləşdirilir. Bu ekspedisiyada təxminən üç min balıqdan yalnız biri təkrar tora düşmüşdü. Bu da kifayət qədər yaxşı nəticə sayılır. Dediyimiz kimi, bu elmi ekspedisiya artıq başlayıb. İlkin nəticələrimiz var, amma bunlar hələ ilkin mərhələdədir. Artım və azalma prosesi davamlı şəkildə izlənilməlidir.

Noyabrın sonlarında Aşqabadda Rusiya, Azərbaycan, Türkiyə, İran və Qazaxıstan toplantı edəcək. Burada ölkələr balıq növlərinin kvotaları barədə məlumat verəcək və kvotalar bölünəcək. Hər bir ölkə üzrə balıqçıların tələbatı, oradakı sənaye infrastrukturu nəzərə alınacaq. Bir əhəmiyyətli məsələ odur ki, indiyədək bu tədqiqatları yalnız Rusiya edib. Bu il ilk dəfə Azərbaycan öz elmi məlumatlarını, eyni zamanda, Xəzərdə balıq ehtiyatları ilə bağlı baza məlumatlarını verəcək.

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX