RU

Fransa Ermənistana 274,5 milyon avroluq silah satıb

AzVision.az “Azad Avropa Radiosu/Azadlıq Radiosu”na (RFE/RL) istinadən xəbər verir ki, Fransanın Silahlı Qqvvələr nazirliyinin ölkə parlamentinə təqdim etdiyi hesabatda belə deyilir.

Sənəddə müdafiə sektorunda əməkdaşlığın şaxələndirilməsi çərçivəsində Ermənistanın öz hərbi potensialını gücləndirmək üçün Fransaya üz tutduğu bildirilir.

“Yeni texnikanın ixracı, hərbi təlimlər və birgə əməliyyatlar ciddi şəkildə müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransanın müdafiə missiyasının yaradılması erməni tərəfdaşlarla daha sıx əlaqələr qurmağa və əməkdaşlığın ən yaxşı formalarını müəyyən etməyə imkan verəcək”,- hesabatda vurğulanır.

Ermənistana verilən yeni silahlar müharibə ehtimalını artırır| TƏHLİL
Sənəddə, həmçinin Fransanın Ermənistana “Sezar” özüyeriyən haubitsaları və 15 tank əleyhinə raket, eləcə də onlar üçün buraxılış qurğuları verdiyi də qeyd edilir.


Xatırladaq ki, 2022-ci ilə qədər Fransa Ermənistana faktiki olaraq heç bir silah vermirdi, lakin 2023-2024-cü illərdə quru qoşunlarını təchiz etmək üçün çoxsaylı müqavilələr imzalanıb. Ermənistanın müdafiə sənayesində bir neçə birgə layihələr də müzakirə olunur.

Fransa-Ermənistan hərbi tərəfdaşlığı digər məsələlərlə yanaşı, dağ şəraitində müharibə aparmaq bacarıqlarının inkişafı proqramını da əhatə edir.

Sahil İsgəndərov
AzVision.az
Избранный
41
azvision.az

1Источники