RU

İsrailin sabiq baş hərbi prokuroru həbs edilib

Bakı, 3 noyabr, AZƏRTAC

İsrailin istefaya göndərilən baş hərbi prokuroru, general-mayor İfat Tomer-Yeruşalmi istintaqa mane olmaqda və etimaddan sui-istifadədə şübhəli bilinərək həbs edilib.

AZƏRTAC Kan telekanalına istinadla xəbər verir ki, yüksəkrütbəli qadın məmur ötən ilin yayında İsrailin Sde Teyman həbsxanasında fələstinli məhbusa qarşı zorakılığı əks etdirən videonun mediaya sızdırılmasında iştirakı ilə bağlı qalmaqal fonunda həbs edilib. Videonun həqiqiliyi təsdiqini tapmasa da, Qəzza zolağında müharibənin qızğın vaxtında İsrailin reputasiyasına xələl gətirib. “Bazar ertəsi gününə keçən gecə polis sabiq baş hərbi prokuror general İfat Tomer-Yeruşalmi həbs edib. O, ədalət mühakiməsinə mane olmaqda və etimaddan sui-istifadə edilməsində şübhəli bilinir. Bu gün axşam saatlarında dindirilmədən sonra onun həbs müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək”, - deyə telekanal bildirib.

Tomer-Yeruşalmi oktyabrın 31-də Sde Teyman həbsxanasındakı zorakılıq haqqında videonun sızdırılmasında iştirakını etiraf etdikdən sonra istefa verib. İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Sde Teymandan bu sızma ölkənin və İsrail Müdafiə Qüvvələri əsgərlərinin imicinə böyük ziyan vurub.

Избранный
80
4
azertag.az

5Источники