RU

Gürcüstan gömrükçüləri Ermənistan vətəndaşını saxladı Narkotik daşıyırmış VİDEO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Gürcüstanla sərhəddə yerləşən “Sadaxlı” keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.Bizim.Media xəbər verir ki, bu barədə gürcü mətbuatı yazıb.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Cinayət Polisinin əməkdaşları və Gəlir Xidmətinin Gömrük Departamenti 1984-cü il təvəllüdlü bir şəxsi xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz idxalı və saxlanması ittihamı ilə həbs ediblər.

Onun avtomobildən təxminən 1 kiloqram “Klefedron” adlı narkotik maddə götürülüb.Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri üzrə istintaq aparılır.Təqsirləndirilən şəxsə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
1
bizim.media

2Источники