RU

“Şəbnəmdən zəhləm gedir”

"Düzünü bilmək istəyirsənsə, ondan zəhləm gedir".​

XəzərNews.az xəbər verir ki, bunu Mətanət Əsədova “Rəngarəng” verilişində deyib.

Şəbnəmin fotosunu görən sənətçi qalmaqallı fikirlər səsləndirib:

"Düzünü bilmək istəyirsənsə, ondan zəhləm gedir. Çıxsın nə deyir desin. On qat cavabını alar. Əgər bir insan səndən böyükdürsə, 100 il də mahnı oxuya, tamaşaçı toplaya bilərsən, 3-5 manat kiməsə verə bilərsən, baxış sayın da çox ola bilər. Trenddir-brenddir, bilmirəm. Amma başından böyük danışarsansa, başını idarə edə bilmirsənsə, mən bilirəm necə edərlər.

Mətanət Əsədova sadəlik, insanlıq edirsə, məclisdə sahibinin xatirinə susursa, səsini kəs. Əsəbləşməyim, kiminsə ürəyin qırmayım deyə, oradan çıxıb gedə bilərəm. Mən həkim deyiləm, cərraham, kəsirəm. Bunları ümumiyyətlə deyirəm, xoşum gəlməyən adam haqqında danışmaq istəmirəm. Onun adını çəkmirəm. Adını çəkən də, şəklini qoyan da Zaurdur. Nə qədər vaxtdır, efirdə yoxam. Mən iş görən deyiləm, ancaq oxuyuram. İnsan danışığını, hərəkətini bilməlidir.

İtirəcək heç nəyim yoxdur, evimdə uşaq gözləmir, atam-anam baxıb xiffət etmir, həyat yoldaşım demir ona nəsə olsa neyləyəcəyəm. Mən tək yaşayıram. Qayda-qanunla danışıram, mənə kiminsə hədə-qorxusu maraqlı deyil”.//Olay.az

Xəbər 4 dəfə oxunub.
Избранный
41
5
xezernews.az

10Источники