RU

Xəzər yox, “Mazandaran dənizi” var Məhəmmədi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Xəzər” adında dəniz yoxdur və Xəzər vəhşi bir tayfanın adı olub.

Axar.az xəbər verir ki, bunu Mazandaran əyalətinin İslami Mədəniyyət Təşkilatının müdiri Məhəmməd Məhəmmədi deyib.

Mədəni tədbirdə çıxış edən İran rəsmisi Xəzər dənizi yerinə “Mazandaran” dənizi ifadəsininin işlədlməsini tövsiyə edib.

O, “Xəzər dənizi” ifadəsindən istifadə etməyi “mədəni və tarixi işğalçılığın” davam etdirilməsi kimi dəyərləndirib.

Qeyd edək ki, Xəzər dənizi məşhur türk etnosu xəzərlərin adı ilə bağlıdır. Xəzərlər yüzillərlə davam edən və indiki Ukraynaya qədər uzanan böyük bir imperiyaya da sahib olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
3
axar.az

4Источники