RU

Azərbaycan və BƏƏ əməkdaşlığı gücləndirir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində həmkarı, bu ölkənin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə İqtisadiyyat Nazirliyi və ADNOC-un investisiya platforması olan XRG arasında yeni əməkdaşlıq razılaşması imzalanıb.Metbuat.az xəbər verir ki, bunu Azərbaycan rəsmisi "X" hesabında paylaşım edib:

"Bu razılaşma təbii qazın hasilatı sahəsində əməkdaşlıq edən SOCAR və XRG arasında tərəfdaşlığı enerji təchizatının şaxələndirilməsi istiqamətində genişləndirəcək, Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin enerji infrastrukturuna investisiyanın cəlb edilməsi, gəlirlərin şaxələndirilməsi və etibarlı tərəfdaş kimi rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir"

Избранный
22
11
metbuat.az

10Источники