RU

Roma Dibalanı itirdi: Baş məşqçi futbolçunun zədəsindən danışdı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Roma"nın məşhur hücumçusu Paulo Dibala "Milan"la oyunda penalti vurarkən zədələnib.

Oxu.Az "Football-Italia" nəşrinə istinadən xəbər verir ki, "Roma"nın baş məşqçisi Can Pyero Qasperini futbolçunun durumu ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, argentinalı forvardın zədəsi ciddidir, ən azı, milli komandaların oyunları ilə bağlı yaranan fasiləyə qədər meydana çıxmayacaq.

Xatırladaq ki, "Milan" öz meydanında keçirilən oyunun 39-cu dəqiqəsində serbiyalı müdafiəçisi Straxinya Pavloviçin vurduğu yeganə qolla "Roma"nı 1:0 hesabı ilə məğlub edib. Dibala görüşün 82-ci dəqiqəsində penaltini qola çevirə bilməyib. On turdan sonra İtaliya A seriyasında hərəyə 21 xal toplayan "Milan" və "Roma" müvafiq olaraq 3-4-cü yerləri bölüşürlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
oxu.az

1Источники