RU

Bakıda mağazadan 30 minlik oğurluq: saxlanılan var

Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib.

Publika.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb.

Избранный
42
21
publika.az

10Источники