RU

Fransanın 65 illik müstəmləkə hakimiyyəti sona çatıdı Türk qoşunları ölkəyə dəvət olundu

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Fransanın Afrikadakı 65 illik hərbi və siyasi təsiri sona çatdığından Seneqal müstəqil müdafiə strukturunu yaratmaq üçün Türkiyəyə müraciət edib.

Belə ki, Dakar administrasiyası Türkiyə ordusunu öz ordularına təlim keçməsi üçün ölkəyə dəvət edib. 

Fəaliyyətlər "Seneqal Silahlı Qüvvələrinə Axtarış, Xilasetmə və Dəniz Nəzarəti Təlimi və Dəstəyinin Təmin Edilməsi Haqqında Türkiyə Respublikası ilə Seneqal Respublikası Hökuməti arasında Anlaşma Memorandumu" çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, Seneqalda 65 illik Fransa hərbi mövcudluğu 2025-ci ilin iyul ayında başa çatdı. Fransanın təsirinin sona çatması ilə ölkə müdafiə siyasətini yenidən formalaşdırmaq prosesinə başlayıb.

2025-ci ilin avqust ayında Türkiyəyə səfər edən Seneqal Baş naziri Ousmane Sonko Prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında aşağıdakı açıqlamanı vermişdi:"Yerli resurslarımızın, xüsusən də maliyyə və özəl sektorla bağlı resurslarımızın 90%-ni Türkiyəyə açmağa hazırıq. Türkiyəyə tam etibar edirik".

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
64
azpolitika.info

1Источники