RU

Ermənistanda İspaniyadan gələn poçt paketində kokain AŞKARLANDI – VİDEO

Erməni gömrükçüləri İspaniyadan gələn poçt bağlamalarında 0,5 kq kokain aşkar edib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Erməni gömrükçüləri İspaniyadan göndərilən poçt paketlərində narkotik vasitələr aşkar edərək götürüblər.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, narkotiklər ev heyvanları üçün hazırlanmış kiçik döşəklərin içində gizlədilmişdi.

Hadisə ilə bağlı üç nəfər həbs olunub, daha bir şəxs isə inzibati nəzarət altına alınıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
61
interpress.az

1Источники