RU

Bu il Azərkosmos xaricdə 13.2 milyon dollarlıq xidmət göstərib

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 41 ölkəsində 13.2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri göstərib.

Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, agentliyin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3.5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2.6 milyon ABŞ dolları ilə Lüksemburq, 717.6 min ABŞ dolları ilə İsveç, 635.8 min ABŞ dolları ilə Nigeriya, 614.3 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

Ötən ay "Azərkosmos" dünyanın 35 ölkəsinə 1.6 milyon ABŞ dolları dəyərində xidmət həyata keçirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
56
oxu.az

1Источники