RU

Onunla sevgili olduğunu açıqladı -FOTO

Amerikalı aktrisa Cennifer Enistonun yeni sevgilisinin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, o, 50 yaşlı Hollivud hipnoterapevti Cim Körtislə münasibətdə olduğunu rəsmən açıqlayıb.

56 yaşlı ulduz Körtisin ad günü münasibətilə onunla birlikdə çəkilmiş şəklini paylaşaraq “Ad günün mübarək, sevgilim. Əzizim!”, - yazıb və qırmızı ürək əlavə edib.

C.Körtis isə ona şərhlər bölməsində öpüş emojisi ilə cavab verib.

Pərəstişkarları aktrisanın paylaşımına xoş sözlər yazıblar.

Xatırladaq ki, C.Eniston 2000-2005-ci illərdə məşhur aktyor Bred Pitt, 2015-2018-ci illərdə isə amerikalı aktyor Castin Teru ilə evli olub. 

 



Избранный
7
1
redaktor.az

2Источники