RU

Keryan: “Əliyevin İrəvan səfərindən imtinası İrəvana olan güvənsizliklə bağlıdır”

ain.az bildirir, Tribuna saytına əsaslanaraq.

“Əliyev və Ərdoğanın İrəvana səfərdən imtina etməsi pis haldır. Bu, iki qonşu türk dövlətlərinin başçılarının Ermənistana olan inamsızlığının təzahürüdür”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər erməni politoloq Qarik Keryana məxsusdur.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Prezidentləri İrəvana səfər etməklə cəmiyyətlər arasındakı düşmənçilik buzunu qıra bilərdilər. “Bu səfər həm də avqustun 8-də Vaşinqtonda keçirilən görüş və imzalanmış sənədlərin dəyərli olduğunu sübut edəcəkdi”.

Keryan idddia edib ki, iki ölkə başçısının şəxsi təhlükəsizlikləri ilə bağlı hər hansı narahatlığı olması ehtimalı azdır. “Ermənistan hakimiyyəti bununla bağlı hər şeyi yüksək səviyyədə təşkil edə bilər”.

Qeyd edək ki, Azərbaycan tərəfi gələn ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Şurasının sammitinə dövlət başçısı səviyyəsində qatılmaqdan imtina edib. Bunun səbəbi kimi isə iki ölkə arasında sülh razılaşmasının olmasına rəğmən, Ermənistanın bir sıra tələbləri yerinə yetirməməsi göstərilib.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
tribunainfo.az

2Источники