RU

Tatlısəsin sərvətindən uşaqlarına 1 qəpik də çatmayacaq

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şöhrəti Türkiyənin sərhədlərini aşan əfsanəvi müğənni İbrahim Tatlısəslə övladları arasındakı qalmaqal səngimək bilmir.

Metbuat.az xəbər verir ki, ustad müğənnin övladlarını miras hüququndan məhrum etdiyinə dair iddialar gündəmi zəbt edib. Bu iddia ilə sənətçinin oğlu Ahmet Tatlısəs çıxış edib.

Oğlunun dediyinə görə, atası onun və qardaş-bacılarının gələcəyini düşünmür:

"Atam bütün var-dovlətini 2021-ci ildə ailə həyatı qurduğu Gülçin Karakaya adlı qadına bağışlayıb. Onun var-dovlətindən 6 övladına heç nə çatmayacaq. Mən təkcə özümün deyil, həm də qardaş-bacılarımın haqqını tələb edirəm".

Ahmet Tatlısəs atasını təhdid etdiyinə dair iddiaların əsassız olduğunu bildirib:

"O, İzmirdə yaşayır, mən İstanbulda. İstanbulda ola-ola İzmirdəki adamı necə təhdid edə bilərəm? Bütün bunları atam məni gözdən salmaq üçün uydurub".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
2
metbuat.az

3Источники