ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pokrovskda rus ordusu bütün gücü ilə dayaq nöqtəsi yaratmaq üçün təzyiq göstərir. Bütün şəhər artıq "boz zonaya" çevrilib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 68-ci əlahiddə briqadasından məlumat verilib.
Məlumata görə, ruslar hazırda cənub və cənub-qərb istiqamətlərindən şəhərə girməyə çalışır:
“Rus ordusu şəhərin demək olar ki, bütün məhəllələrində və ərazilərində bir neçə döyüşçüdən ibarət qruplar şəklində görünür. Vəziyyət qeyri-sabitdir, mövqelər potensial olaraq əldən-ələ keçir. Hazırda rusların şəhərin hər hansı bir hissəsinə sabit nəzarət etməsindən danışmaq mümkün deyil, hər yer “boz zonadır”.
Bildirilib ki, ruslar Ukrayna hərbçilərini tamamilə mühasirəyə almaq üçün şəhərə iki tərəfdən hücum etməyə çalışırlar:
“Onlar qərbdən, Qrişino istiqamətindən çoxlu təzyiq göstərirlər ki, bir tərəfdən cənub-qərbdən, digər tərəfdən isə Rodinskoye uğrunda döyüşlərin getdiyi şimal-şərqdən, Krasnıy Limandan yaxınlaşa bilsinlər. Amma onlar hələlik bu niyyətlərini həyata keçirməkdən çox uzaqdırlar”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.